Məşhur italiyalı futbolçu vergidən yayınmaqda ittiham olunur

Məşhur italiyalı futbolçu vergidən yayınmaqda ittiham olunur Məşhur italiyalı futbolçu Françesko Totti vergidən yayınmaqda ittiham olunur. İdmançı artıq Roma məhkəməsinin şübhəlilər reyestrindədir.
Futbol
30 Noyabr , 2024 02:37
Məşhur italiyalı futbolçu vergidən yayınmaqda ittiham olunur

Məşhur italiyalı futbolçu Françesko Totti vergidən yayınmaqda ittiham olunur. İdmançı artıq Roma məhkəməsinin şübhəlilər reyestrindədir.

“Report” xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Mənbə iddiasına görə, “Canavarlar”ın eks-kapitanı sosial şəbəkələrdə reklam çarxları və paylaşımlardan əldə etdiyi gəlirin bir hissəsini bəyan etmək üçün tələb olunan ƏDV nömrəsini bilərəkdən gizlədib.

Onun borcunun bir neçə min avro təşkil etdiyi, lakin faizlər və cərimələr səbəbindən məbləğin 200 min avroya qədər artdığı qeyd edilib.

Bu rəqəmlərin 10 dəfə çox ola biləcəyi təxmin edilir. Totti dekabrın əvvəlində şəhər prokuroru ilə görüşəcək. Qeyd olunub ki, bu problemlər üzündən 48 yaşlı futbolçu yenidən futbola qayıda bilər.

Son xəbərlər

Orphus sistemi