Məşhur stadiona Pelenin adı verilə bilər

Məşhur stadiona Pelenin adı verilə bilər Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana" stadionuna futbol üzrə üçqat dünya çempionu Pelenin adı verilə bilər
Futbol
10 Mart , 2021 09:38
Məşhur stadiona Pelenin adı verilə bilər

Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana" stadionuna futbol üzrə üçqat dünya çempionu Pelenin adı verilə bilər.

"Report"un "O Globo"ya istinadən məlumatına görə, müvafiq qanun layihəsi ştatın qanunvericilik yığıncağında təsdiqlənib.

"Marakana" 1950-ci ildə açılıb və 1999-cu ildə bərpa olunanadək dünyanın ən iritutumlu stadionu sayılıb.

155 250 nəfər üçün nəzərdə tutulmasına baxmayaraq, DÇ-1950-də Braziliya yığmasının Uruqvaya 1:2 hesabı ilə uduzduğu final oyununu, rəsmi hesablamalara əsasən, 199 854 nəfər izləyib.

Qeyd edək ki, Pele Braziliya milli komandası ilə 3 dəfə dünya çempionu olub və FİFA tərəfindən əsrin oyunçusu seçilib.

Son xəbərlər

Orphus sistemi