Messi PSJ-yə uyğunlaşmaqda çətinlik çəkir

Messi PSJ-yə uyğunlaşmaqda çətinlik çəkir Lionel Messi Fransanın PSJ klubuna uyğunlaşmaqda çətinlik çəkir.
Futbol
4 Fevral , 2022 19:01
Messi PSJ-yə uyğunlaşmaqda çətinlik çəkir

Lionel Messi Fransanın PSJ klubuna uyğunlaşmaqda çətinlik çəkir.

"Report" "El Confidencial" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu bunu Barselona şəhərindəki dostlarına söyləyib.

Argentinalı forvard ötən həftə İspaniyaya səfər edib, sabiq komanda yoldaşları Serxio Buskets və Xordi Alba ilə görüşüb. Messi "Barselona"nın baş məşqçisi Xavi ilə də danışıb. Təcrübəli futbolçu onlara PSJ-yə uyğunlaşa bilmədiyini deyib.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında "Barselona"dan ayrılaraq PSJ-yə keçib.

Son xəbərlər

Orphus sistemi