ABŞ-ın "Goldin Auctions" şirkəti Fransanın PSJ klubunda çıxış edən ulduz futbolçu Lionel Messinin sənədini hərraca çıxarıb.
"Report"un məlumatına görə, sənəddə 34 yaşlı hücumçunun fotosu və imzası yer alıb.
Kart argentinalı oyunçunun "Nyuells Old Boys"da oynadığı 1995 - 2000-ci illərə aiddir.
Bunun Messinin sənədləşdirilmiş ən erkən imzalarından biri olduğu ehtimal edilir. Hərrac 10 min ABŞ dollarından başlayıb və hələlik son təklif 20 min dollardır.
Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.