Mesut Özildən "Fənərbağça" açıqlaması

Mesut Özildən "Fənərbağça" açıqlaması İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil tvitterdə azarkeşlərin suallarını cavablandırıb.
Futbol
12 Yanvar , 2021 11:13
Mesut Özildən Fənərbağça açıqlaması
Mesut Özil

İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil tvitterdə azarkeşlərin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi uşaqlıq illərində azarkeşlik etdiyi klubun adını açıqlayıb.

Özil Almaniyada yaşayarkən Türkiyənin "Fənərbağça" komandasına azarkeşlik etdiyini bildirib: "Almaniyada hər bir türk ölkənin hansısa komandasını dəstəkləyir. Mənim komandam "Fənərbağça" idi. Klub İspaniyada "Real Madrid"ə bənzəyir, ölkənin ən böyük klubudur".

Təcrübəli futbolçu karyerasını başa vurmamışdan əvvəl iki ölkədə oynamaq istədiyini vurğulayıb: "Türkiyə və ABŞ-da oynamaq niyyətindəyəm. Türkiyəyə getsəm, sadəcə "Fənərbağça"da oynayacağam".

Qeyd edək ki, Türkiyə mətbuatı Mesut Özilin "Fənərbağça" ilə anlaşdığını yazıb. Onun "Arsenal" klubu ilə müqaviləsi yayda başa çatır.

Son xəbərlər

Orphus sistemi