Bosniya və Herseqovina Premyer Liqasının "Sloboka" - "Posusye" matçında meydana it daxil olub.
"Report" xəbər verir ki, "çağırılmamış qonaq" topu götürərək onunla oynayıb.
Heyvanı meydandan çıxarmaq elə də asan olmayıb. Əvvəlcə futbolçular topu ondan almağa çalışıblar. Lakin it buna imkan verməyib. Hətta oyunçulardan birinin topu yan xətdən çıxarması da işə yaramayıb.
Oyunun rəsmi şəxslərindən biri iti təhlükəsiz yerə apardıqdan sonra matç qaldığı yerdən davam etdirilib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
A dribbling dog nutmegged a player after running onto the pitch in the Bosnian Premier League pic.twitter.com/78LEkNELGh