Futbol üzrə İtaliya A Seriyasında XXXVI tura start verilib.
"Report"un məlumatına görə, açılış matçında "Milan" və "Atalanta" komandaları üz-üzə gəlib. "Cüzeppe Meatsa" stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 14-cü dəqiqədə meydan sahiblərindən Hakan Çalhanoğlu açıb. Bundan 20 dəqiqə sonra Duvan Sapata bərabərlik qolunu vurub.
Bu nəticədən sonra xalını 75-ə çatdıran "Atalanta" lider "Yuventus"la xal fərqini 5-ə endirib. "Milan" isə 60 xalla 6-cı pillədə qalıb.