"Milan"ın baş məşqçisi futbolda basketbol qaydalarının tətbiqini təklif edib

"Milan"ın baş məşqçisi futbolda basketbol qaydalarının tətbiqini təklif edib İtaliya "Milan"ının baş məşqçisi Stefano Pioli bir neçə maraqlı təklif irəli sürüb.
Futbol
25 Sentyabr , 2021 09:18
Milanın baş məşqçisi futbolda basketbol qaydalarının tətbiqini təklif edib
Stefano Pioli

İtaliyanın "Milan" futbol komandasının baş məşqçisi Stefano Pioli bir neçə maraqlı təklif irəli sürüb.

"Report" xəbər verir ki, italiyalı mütəxəssis futbolun inkişafı və daha baxımlı olması üçün burada basketbolun bəzi qaydalarının tətbiq edilməli olduğunu bildirib.

56 yaşlı mütəxəssisin sözlərinə görə, top meydanı tərk etdikdə vaxt dayandırılmalıdır: "Əlimdə olsaydı, görüş ərzində bir neçə dəfə taym-aut götürərdim. Həmçinin müasir oyunda daha çox hücum futbolu görmək istəyiriksə, mərkəz xəttini keçdikdən sonra meydanın özünə aid hissəsinə qayıtmaq qadağası tətbiq olunmalıdır".

Qeyd edək ki, Stefano Pioli 2019-cu ildən "Milan"ın baş məşqçisidir.

Son xəbərlər

Orphus sistemi