İtaliya "Milan"ının sabiq prezidenti Silvio Berluskoni növbəti dəfə xəstəxanaya yerləşdirilib.
"Report" "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, hazırda yerli "Montsa" klubunun sahibi olan funksionerin səhhətində yenidən problem yaranıb.
Onun Milan şəhərindəki San-Rafael klinikasında müalicə olunduğu bildirilib.
Qeyd edək ki, Silvio Berluskoni son 2 həftədə ikinci dəfə xəstaxanaya yerləşdirilib.