İtaliyanın "Milan" klubu A Seriyasında IV turun "Latsio" ilə oyununda baş verənlərlə bağlı prokurorluğa müraciət edəcək.
"Report" klubun tvitter səhifəsinə istinadən xəbər verir ki, buna yarımmüdafiəçi Tyemue Bakayokonun matçda azarkeşlərin irqçi təhqirlərinə məruz qalması səbəb olub.
O, qarşılaşmadan sonra dərisinin rəngindən qürur duyduğunu bildirib.
Qeyd edək ki, görüş "Milan"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.