Türkiyə milli komandasının futbolçusu Yusuf Yazıcı Fransa "Lill"ini tərk edə bilər.
"Report"un "Calcio In Pillole" nəşrinə istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçinin transferində İtaliyanın "Milan" klubu maraqlıdır.
Fransa çempionu olmuş "Lill"in rəhbərliyi Yazıcını 25 milyon avrodan yuxarı qiymətə satmağa hazırdır.
Qeyd edək ki, Yusuf Yazıcı 2020/2021 mövsümündə 42 oyuna 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, AVRO-2020-də Türkiyə millisinin hər 3 matçında forma geyinib.