Fransa millisinin və İtaliya "Yuventus"unun futbolçusu Adrien Rabyo kororonavirusa yoluxub.
"Report" xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi bu səbəbdən İspaniyaya qarşı UEFA Millətlər Liqasının final mərhələsinin həlledici oyununu buraxacaq. Karantinə alınan oyunçu matçın keçiriləcəyi Milan şəhərinə aparılmayıb.
Reqlamentə əsasən, baş məşqçi Didye Deşam Rabyonun əvəzinə yığmaya başqa futbolçu dəvət edə bilməz.
Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək İspaniya - Fransa görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.