Millətlər Liqası: İspaniya yığması İtaliyanı məğlub edərək finala yüksəlib

Millətlər Liqası: İspaniya yığması İtaliyanı məğlub edərək finala yüksəlib UEFA Millətlər Liqasında final mərhələsinə start verilib.
Futbol
7 Oktyabr , 2021 00:45
Millətlər Liqası: İspaniya yığması İtaliyanı məğlub edərək finala yüksəlib

UEFA Millətlər Liqasında final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, A Liqasında qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nın ilk yarımfinal oyununda son Avropa çempionu İtaliya yığması ilə İspaniya üz-üzə gəlib. Milandakı "San-Siro" stadionunda oynanılan qarşılaşma Luis Enrikenin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüş maraqlı hadisə ilə başlayıb. Top meydanın mərkəzinə uzaqdan pultla idarə olunan oyuncaq avtmobillə gətirilib. Bundan sonra matçın baş hakimi Sergey Karasyov start fitini səsləndirib.

Qonaqların heyətində hər iki qolu ilk hissədə Ferran Torres vurub. İngiltərənin "Mançester Siti" klubunun hücumameylli yarımmüdafiəçisi 17 və 45+2-ci dəqiqələrdə fərqlənib. Meydan sahiblərinin yeganə qoluna isə 83-cü dəqiqədə Lorentso Pelleqrini imza atıb. 42-ci dəqiqədə italiyalılar azlıqda qalıblar. Müdafiəçi Leonardo Bonuççi ikinci sarı vərəqə ilə meydandan qovulub.

Bu nəticə ilə İtaliya seçməsinin 38 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.

İspaniya millisinin finaldakı rəqibi bu gün keçiriləcək Belçika - Fransa matçının qalibi olacaq.

Qeyd edək ki, 3-cü yer uğrunda və final oyunları oktyabrın 10-da gerçəkləşəcək. İkinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.

UEFA Millətlər Liqası, final mərhələsi

Yarıminal

6 oktyabr

22:45. İtaliya - İspaniya - 1:2

Qollar: Lorentso Pelleqrini, 83 - Ferran Torres, 17; 45+2

Qırmızı vərəqə: Leonardo Bonuççi, 42

Hakimlər: Sergey Karasyov, İqor Demeşko, Maksim Qavrilin (Rusiya)

Milan. "San-Siro" stadionu.

Son xəbərlər

Orphus sistemi