Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start veriləcək.
"Report" xəbər verir ki, A Liqasında qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparacaq.
Yarımfinalın ilk oyununda son Avropa çempionu İtaliya ilə İspaniya üz-üzə gələcək. Milandakı "San-Siro" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək.
Digər yarımfinal görüşü oktyabrın 7-də Belçika və Fransa yığmaları arasında olacaq.
Oktyabrın 10-da isə 3-cü yer uğrunda və final oyunları keçiriləcək. Bütün matçlar İtaliyada gerçəkləşəcək.
Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.
UEFA Millətlər Liqası, final mərhələsi
Yarıminal
6 oktyabr
22:45. İtaliya - İspaniya
Hakimlər: Sergey Karasyov, İqor Demeşko, Maksim Qavrilin (Rusiya)
Milan. "San-Siro" stadionu.