AVRO-2022: Millimiz tarixində 6-cı dəfə final mərhələsinə vəsiqə qazandı

AVRO-2022: Millimiz tarixində 6-cı dəfə final mərhələsinə vəsiqə qazandı Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib
Futbol
9 Mart , 2021 22:17
AVRO-2022: Millimiz tarixində 6-cı dəfə final mərhələsinə vəsiqə qazandı

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, III qrupda mübarizə aparan yığma 4-cü matçında Moldova seçməsinin qonağı olub və rəqibini 5:3 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra xallarını 12-yə çatdıran Joze Alesio da Silvanın başçılıq etdiyi kollektiv sona 2 tur qalmış liderliyini daha da möhkəmlədib və digər qruplardakı matçların da nəticələrindən asılı olaraq, tarixində ardıcıl 6-cı dəfə turnirin final mərhələsinə vəsiqə qazanıb.

Moldova isə 4 xalla 3-cü pillədə qərarlaşıb. Bu qrupdakı digər komandalardan Slovakiya 7 xalla 2-ci, xalı olmayan Yunanıstan isə sonuncudur.

Avropa çempionatının seçmə mərhələsi

3-cü qrup

20:30. Moldova - Azərbaycan - 3:5

Qollar: Adrian Laşku, 31, Sergey Nikolayçuk, 36, Andrey Neqara, 37 - Hadi Ahmedi, 7, Vassura, 37, 23, Ramiz Çovdarov, 28, Yulian Kojokaru, 35 (avtoqol)

Hakimlər: Damian Qrabovski, Dominik Tsipinski (Polşa), Viktor Bugenko (Moldova)

Qırmızı vərəqə: Andrian Laşku, 40 (Moldova)

Çoresku, "FMF Arena".

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin oyunları 2022-ci il 19 yanvar - 6 fevralda Niderlanda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi