Millimiz əzmkar oyunla uduzdu

Millimiz əzmkar oyunla uduzdu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbol
7 Sentyabr , 2020 22:52
Millimiz əzmkar oyunla uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçisi olduğu kollektiv Fransa seçməsini qəbul edib. Görüş yığmanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Matçda hesab ilk hissədə açılıb. 25-ci dəqiqədə Odson Eduar penaltidən fərqlənib. Birinci yarı qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.

Fransızlar ikinci hissədə daha bir qol vurublar. 83-cü dəqiqədə Amin Quiri komandasının üstünlüyünü 2 topa çatdırıb. Yığma 90-cı dəqiqədə Tural Bayramovla fərqi minimuma endirib - 1:2. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.

Qeyd edək ki, II qrupda yer alan Azərbaycan millisi 7 oyundan sonra 6 xalla 5-ci pillədə yer alır. Bakıdakı qələbədən sonra xallarını 15-ə çatdıran Fransa isə 2-ci sıradakı mövqeyini qoruyub. Qrupa fransızlarla eyni xalı olan İsveçrə seçməsi başçılıq edir.

7 sentyabr

Avropa çempionatının seçmə mərhələsi

II qrup

21:00. Azərbaycan - Fransa - 1:2

Qollar: Tural Bayramov, 90 - Odson Eduar, 25 (pen.). Amin Quiri, 83

Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə)

Sumqayıt. “Kapital Bank Arena”

Qeyd edək ki, bu qrupun digər oyunlarında Gürcüstan Lixtenşteynlə, İsveçrə isə Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 8-də olacaq.

Son xəbərlər

Orphus sistemi