Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov və komandanın kapitanı Aysun Əliyeva “The Best” mükafatı üçün seçimlərini açıqlayıb.
"Report"un məlumatına görə, 33 yaşlı mütəxəssis İspaniya "Barselona"sında çıxış edən Cennifer Ermosonu ən yaxşı qadın futbolçu hesab edib.
Əsgərov İngiltərənin "Çelsi" komandasından Emma Heysi ən yaxşı baş məşqçi adına layiq görüb.
Aysun Əliyeva da Siyəsət Əsgərovun səs verdiyi şəxsləri seçib.
Qeyd edək ki, FIFA-nın keçirdiyi səsvermədə yekun "3-lüy"ə qadın futbolçulardan Lüsi Brounz ("İngiltərə, "Mançester Yunayted"), Pernilla Harder (Danimarka, "Çelsi") və Vendi Renar (Fransa, "Lion"), ən yaxşı baş məşqçilərdən isə Emma Heys (İngiltərə "Çelsi"), Jan-Lük Vasser (Fransa, "Lion") və Zarina Viqmanı (Hollandiya millisi) düşüb. Bu isə Azərbaycan yığmasının baş məşqçi və kapitanının ən yaxşı futbolçu seçiminin yanlışlığı anlamına gəlir.
"The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.