Millimizin baş məşqçisi: "Oyun təcrübəsinin olmaması matça təsir etdi"

Millimizin baş məşqçisi: "Oyun təcrübəsinin olmaması matça təsir etdi" “İlk olaraq rəqib komandanı təbrik edirəm və gələcək oyunlarda onlara uğurlar arzulayıram".
Futbol
24 Oktyabr , 2020 10:53
Millimizin baş məşqçisi: Oyun təcrübəsinin olmaması matça təsir etdi
Siyasət Əsgərov

“İlk olaraq rəqib komandanı təbrik edirəm və gələcək oyunlarda onlara uğurlar arzulayıram".

"Report"un məlumatına görə, bu fikirləri qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Polşaya 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib.

33 yaşlı mütəxəssis pandemiya səbəbindən uzun müddət məşq edə bilmədiklərini bildirib: "Bir çox ölkələrdə çempionat dayandırıldıığından legioner futbolçularımızın oyun təcrübəsinin olmaması matça öz təsirini göstərdi. Buna baxmayaraq, komandanın oyunundan razıyam. Bu qədər çatışmazlığa rəğmən, komanda həqiqətən xarakter nümayiş etdirdi”.

Polşa seçməsinin baş məşqçisi Miloş Stepinski isə pandemiyaya baxmayaraq görüşün baş tutmasının sevindirici hal olduğunu söyləyib: "Azərbaycan Polşaya gələ bildi və biz bu oyunu oynadıq. Matça gəlincə, nəticədən tam razı qaldım, amma ikinci hissədədəki oynumuz məni qane etmədi. Çünki yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu amil məni çox narahat edir. Komanda olaraq bu çatışmazlığı aradan qaldırmalıyıq”.

Son xəbərlər

Orphus sistemi