Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Anton Krivotsyuk Polşanın "Visla" (Plotsk) komandasına keçib.
"Report"un məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
23 yaşlı müdafiəçi Plotsk təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasında 5 nömrəli forma ilə çıxış edəcək.
Daha əvvəl yığmanın hücumçusu Mahir Emreli Polşa "Legiya"sı ilə 3+1 illik sözləşməyə imza atıb.
Qeyd edək ki, Anton Krivotsyukun "Neftçi" ilə müqaviləsi cari mövsümün sonunda başa çatıb.