Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin yeni klubu bəlli olub.
"Report" "Xsport.ua" saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Ukrayna "Kolos"u ilə müqavilə imzalayacaq.
Sözləşmənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Anatoli Nuriyev ötən mövsüm Ukraynanın "Minay" klubunun formasını geyinib. Komanda Premyer Liqada sonuncu - 14-cü yeri tutaraq, aşağı liqaya enib.
Forvard çempionatda 10 qol vuraraq, bombardirlər siyahısında "Zarya"nın futbolçusu Şahab Zahedi ilə birgə 3-4-cü yerləri bölüşüb.