Millimizin yarımmüdafiəçisi bəraət aldı, iki futbolçu həbs edildi

Millimizin yarımmüdafiəçisi bəraət aldı, iki futbolçu həbs edildi İspaniyanın "Eybar" klubunun futbolçusu Serxi Enriç və "Girona"da çıxış edən Antonio Luna iki il həbs cəzasına məhkum edilib.
Futbol
19 Yanvar , 2021 15:02
Millimizin yarımmüdafiəçisi bəraət aldı, iki futbolçu həbs edildi
Eddi İsrafilov

İspaniyanın "Eybar" klubunun futbolçusu Serxi Enriç və "Girona"da çıxış edən Antonio Luna iki il həbs cəzasına məhkum edilib.

"Report" "IUSPORT" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onların seksual xarakterli video çəkilişində iştirak etməsidir.

İspaniyalı oyunçular qızın icazəsi olmadan çəkilən videonu yaydıqları üçün cəzalandırılıblar.

Həmin videonu çəkməkdə günahlandırılan "Albasete"nin və Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov isə bəraət alıb.

Qeyd edək ki, hadisə 2016-cı ildə - hər üç futbolçu "Eybar" klubunda çıxış edərkən baş verib.

Son xəbərlər

Orphus sistemi