Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın "Albasete" komandası sabah yenidən bir araya gələcək.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Sequnda təmsilçisi avqustun 12-də təlim-məşq toplanışının növbəti mərhələsinə start verəcək.
İsrafilovdan başqa bütün oyunçular tibbi müayinədən keçəcəklər. İcazəli olan 28 yaşlı yarımmüdafiəçi hazırlıq prosesinə daha sonra qoşulacaq.
Qeyd edək ki, "Albasete" 2019/2020 mövsümündə İspaniya Sequndasının sonuncu - 42-ci turunda "Kadis"i 1:0 hesabı ilə məğlub edərək liqada qalmağı bacarıb.