İsveçrənin "Qrasshopper" klubu Azərbaycan millisinin və İngiltərənin "Vulverhempton"unun futbolçusu Renat Dadaşovu heyətinə cəlb edib.
"Report"un Sürix təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 21 yaşlı hücumçu ilə yanaşı, Konnor Ronan da "canavarlar"dan icarəyə götürülüb.
Dadaşov ötən mövsümün ilk yarısında Portuqaliyanın "Pasuş de Ferreyra" komandasında icarə əsasında çıxış edib. Qış fasiləsindən sonra o, "Vulverhempton"a qayıtsa da, əsas heyətdə özünə yer edə bilməyib.