"Sabah" komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
"Report"un məlumatına görə, 23 yaşlı vingerlə I Liqaya yüksələn "Eyüpspor" klubu maraqlanır.
Türkiyə təmsilçisi Kökçü ilə danışıqlara da start verib. Klub "Sabah"la razılaşsa, oyunçunu heyətinə qatacaq.
Qeyd edək ki, Ozan Can Kökçünun "Sabah"la müqaviləsi 2023-cü ildə başa çatmalıdır. O, 2020/2021 mövsümünün ikinci yarısını icarə əsasında Niderlandın "Telstar" klubunda keçirib. Vinger daha əvvəl Türkiyədə "Bursaspor" və "Giresunspor" komandalarının formasını geyinib.