Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün Niderlandın "Telstar" klubunda debütü gerçəkləşib.
"Report"un məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi I Divizionun XXI turunda AZ klubunun əvəzedici komandası ilə görüşdə iştirak edib.
Kökçü 67-ci dəqiqədə meydana daxil olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə bitib.
"Telstar" bu nəticədən sonra 21 oyundan sonra 32 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Sabah" klubu Ozan Can Kökçünu "Telstar"a mövsümün sonunadək icarəyə verib.