Azərbaycan millisinin və Almaniyanın "Ertsgebirge" klubunun futbolçusu Dmitri Nazarovun II Bundesliqanın V turunun "Bohum"la səfər oyununda meydana çıxmamasının səbəbi müəyyənləşib.
"Report" tag24.de" saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi səhhətində yaranmış problemə görə sözügedən qarşılaşmanı buraxmalı olub.
Təcrübəli oyunçunun sıraya nə vaxt qayıdacağı açıqlanmayıb.
Qeyd edək ki, son turda "Bohum"a 0:2 hesabı ilə uduzan Aue təmsilçisi 7 xalla 6-cı pillədə qərarlaşıb.