Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ABŞ Milli Liqasında "Finiks Rayzinq" komandasının heyətində növbəti qolunu vurub.
"Report"un məlumatına görə, 29 yaşlı hücumçu bu dəfə "Las-Veqas Layts" ilə səfər matçında fərqlənib. Meydana start heyətdə çıxan Dadaşov 5-ci dəqiqədə hesabı açıb. Beləliklə, o, mövsümdə 6-cı qoluna imza atıb. Sonadək meydanda olan təcrübəli forvard 68-ci dəqiqədə məhsuldar ötürmə ilə də yadda qalıb. Görüş isə 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda "Finiks Rayzinq" B qrupunda 9 oyundan 20 xalla liderdir.