Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko karyerasını Rusiyada davam etdirə bilər.
"Report" "Championat" nəşrinə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis MOİK-in maraq dairəsinə düşüb.
İddiaya görə, Kramarenko Moskva klubunda qapıçılar üzrə məşqçi vəzifəsinə əsas namizəddir.
Qeyd edək ki, Dmitri Kramarenko 2020-ci ilin avqustundan Azərbaycan millisində çalışır.