Millimizin oyunlarının yeni tarixi açıqlandı

Millimizin oyunlarının yeni tarixi açıqlandı 19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin AVRO-2021-in ilkin seçmə mərhələsindəki oyunlarının yeni tarixi açıqlanıb.
Futbol
27 İyul , 2020 10:05
Millimizin oyunlarının yeni tarixi açıqlandı

19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin AVRO-2021-in ilkin seçmə mərhələsindəki oyunlarının yeni tarixi açıqlanıb.

"Report"un məlumatına görə, 7-ci qrupda yer alan yığma ilk görüşünü noyabrın 25-də İsveçə qarşı keçirəcək.

Vüqar Əsgərlinin başçılıq etdiyi komanda ikinci sınağında Belçika ilə üz-üzə gələcək. Həmin qarşılaşma noyabrın 28-də olacaq.

Azərbaycan millisi qrupdakı sonuncu matçında isə Kiprlə oynayacaq. Görüş dekabrın 1-də keçiriləcək.

Qeyd edək ki, 7-ci qrupun oyunları Belçikada olacaq. UEFA daha əvvəl matçların oktyabrın 19-dan 27-dək təşkil ediləcəyini açıqlasa da, daha sonra koronavirus pandemiyası səbəbindən oyunları təxirə salmışdı.

Son xəbərlər

Orphus sistemi