Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli karyerasını başa vurduqdan sonra uşaq futzal məktəbi açmaq istəyir.
Bu barədə 30 yaşlı qolkiper "Report"un canlı efirində yayımlanan "Resport" verilişində qonaq olarkən deyib.
Təcrübəli oyunçu ən çox qapıçılarla işləmək istədiyini bildirib.
O, məşqçiliyə də həvəsinin olduğunu gizlətməyib.