Azərbaycan millisinin və "Qarabağ" klubunun qapıçısı Şahruddin Məhəmmədəliyevin durumuna aydınlıq gəlib.
Klubdan "Report"a verilən məlumata görə, 27 yaşlı qolkiperin sağ qolunda sınıq aşkarlanıb.
Təcrübəli oyunçu mövsümün qalan hissəsində meydana çıxmayacaq.
18:28
"Qarabağ" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev növbəti dəfə zədələnib.
"Report"un məlumatına görə, 27 yaşlı qolkiper "Zirə"yə qarşı keçirdikləri Premyer Liqanın XXV tur oyununda xəsarət alıb.
Rəqibin hücumu zamanı zədələnən Məhəmmədəliyev meydanı göz yaşları içində tərk edib. Onu 22-ci dəqiqədə Emil Balayev əvəzləyib.
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab bərabərdir - 1:1.