Millimizin rəqibində koronavirus aşkarlandı

Millimizin rəqibində koronavirus aşkarlandı UEFA Millətlər Liqasının III turunda Azərbaycan yığması ilə qarşılaşacaq Monteneqro seçməsinin heyətində koronavirus aşkralanıb.
Futbol
7 Oktyabr , 2020 15:43
Millimizin rəqibində koronavirus aşkarlandı

UEFA Millətlər Liqasının III turunda Azərbaycanla qarşılaşacaq Monteneqro yığmasının heyətində koronavirus aşkarlanıb.

"Report" Monteneqro Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, futbolçulardan birinin testi müsbət çıxıb.

Bundan əlavə, U-21 millisinin bir oyunçusunun da infeksiyaya yoluxduğu bildirilib. Hər iki futbolçu kollektivdən kənarlaşdırılaraq karantinə alınıb.

Qeyd edək ki, Monteneqro millisi ilə Azərbaycan arasında oyun oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi