Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan İrlandiya yığmasında yeni təyinat gerçəkləşib.
"Report" İrlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin "Çelsi" klubunun məşqçisi Entoni Barri baş məşqçi Stiven Kenninin köməkçisi təyin olunub.
35 yaşlı mütəxəssis hər iki komandada işini davam etdirəcək. O, millinin düşərgəsində martda - seçmə mərhələ oyunları ərəfəsində qoşulacaq.
Qeyd edək ki, Azərbaycan millisi İrlandiya ilə ilk görüşünü sentyabrın 4-də səfərdə keçirəcək. İkinci qarşılaşma isə oktyabrın 9-da Bakıda olacaq. Canni De Byazinin başçılıq etddiyi kollektiv seçmə mərhələyə martın 24-də Portuqaliyaya qarşı matçla start verəcək.