Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Cənubi Amerika zonası üzrə XX əsrin rəmzi komandasını açıqlayıb.
"Report" xəbər verir ki, "11-lik"də Dieqo Maradona və Pele ilə birgə Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres də yer alıb.
Qapıçı: Amadeo Karriso (Argentina)
Müdafiəçilər: Karlos Alberto Torres, Nilton Santos (hər ikisi Braziliya), Daniel Passarella (Argentina), Elias Figeroa (Çili)
Yarımmüdafiəçilər: Valdir Pereyra Didi, Ziko (hər ikisi Braziliya), Dieqo Maradona (Argentina)
Hücumçular: Qarrinça, Pele (hər ikisi Braziliya), Alfredo Di Stefano (Argentina)
Qeyd edək ki, Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan millisinə başçılıq edib. Braziliyalı mütəxəssis 2016-cı ildə dünyasını dəyişib.