Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun Almaniyanın "Ertsgebirge" komandasında geyindiyi forması xeyriyyə məqsədilə "eBay" satış platformasında auksiona çıxarılıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 10 nömrəli geyim dəsti 1 660 avroya satılıb. Məbləğ bu yaxınlarda bədbəxt hadisə nəticəsində ölan gənc futbolçuların ailələrinə bağışlanacaq.
Formanı alıcılara 31 yaşlı yarımmüdafiəçinin özü təqdim edib.