Futbol üzrə Azərbaycan millisinin toplanışa başlayacağı vaxt müəyyənləşib.
"Report"un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimində çıxış edərkən bildirib.
O, hazırlıq prosesinə avqustun 28-də start veriləcəyini diqqətə çatdırıb: "Milli komandaya yeni təyin olunan baş məşqçinin bizə bildirdiyinə görə, avqustun 28-də milli toplaşacaq. Onun fikrinə hörmətlə yanaşdıq. Qərara aldqı ki, çempionatı 21-də başlayaq ki, baş məşqçi futbolçuları görə bilsin. 1 turdan sonra fasilə olacaq".
Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. Komanda C Liqasının 1-ci qrupunda Monteneqro ilə də qarşılaşacaq.