Dünya çempionatının seçmə mərhələsinin ilk turunda Azərbaycanla matç Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş üçün əlamətdar olub.
"Report"un məlumatına görə, 67 yaşlı mütəxəssis millidə 80-ci matçına çıxıb.
Bu, həmçinin Santuşun komandada 50-ci qələbəsi kimi tarixə düşüb.
Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb. Fernandu Santuş 2014-cü ildən yığmanın baş məşqçisidir.