Miroslav Kloze: Mahir Emrelinin sonradan meydana çıxaraq fərq yaradacağına inanıram

Miroslav Kloze: Mahir Emrelinin sonradan meydana çıxaraq fərq yaradacağına inanıram Mən inanıram ki, Mahir Emreli sonradan meydana çıxsa, fərq yarada bilər.
Futbol
19 Sentyabr , 2024 15:20
Miroslav Kloze: Mahir Emrelinin sonradan meydana çıxaraq fərq yaradacağına inanıram

Mən inanıram ki, Mahir Emreli sonradan meydana çıxsa, fərq yarada bilər.

"Report" xəbər verir ki, bunu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze Almaniya təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

"Emreli 90 dəqiqə oynamağa hazır deyil. Amma matça sonra daxil ola bilər", - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, azərbaycanlı hücumçu "Ulm" komandasına səfərdə 2:1 hesabı ilə qalib gəldikləri II Bundesliqanın V turunun oyununda iştirak ərizəsində yer alıb. "Nürnberq” sentyabrın 21-də "Herta"nı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi