"Molde" rəsmisi: "Qarabağ"la matçda futbola nifrət etdim"

"Molde" rəsmisi: "Qarabağ"la matçda futbola nifrət etdim" "Matç ərzində 3-4 dəfə futbola niftət etdiyimi söylədim. Penaltilər seriyasına gələndə qorxunc şübhələrim var idi. Həmin vaxt bu, gözümdə elə də böyük deyildi".
Futbol
22 Sentyabr , 2020 12:30
Molde rəsmisi: Qarabağla matçda futbola nifrət etdim
Ole Erik Stavrum

"Matç ərzində 3-4 dəfə futbola niftət etdiyimi söylədim. Penaltilər seriyasına gələndə qorxunc şübhələrim var idi. Həmin vaxt futbol gözümdə elə də böyük deyildi". 

"Report"un məlumatına görə, bunu Norveç "Molde"sinin baş direktoru Ole Erik Stavrum "Rbnett.no" nəşrinə açıqlamasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qalib gələrək pley-offa adladıqları oyun barədə danışarkən deyib. 

Klub rəsmisi bildirib ki, penaltilər seriyasında qorxunc səhnələr möcüzəyə çevirilib: "Biz sanki qaranlıqda oturaraq özümüzə qapanmışdıq. Ancaq yekunda düşərgəmizdə yaxşı atmosfer var idi. Matçın sonlarındakı kimi əhval-ruhiyyə və sevinc hisslərini yaşayacağımızı heç vaxt düşünməmişdim". 

Qeyd edək ki, əsas və əlavə vaxtı qolsuz başa çatmış matçın penaltilər seriyasında daha dəqiq oynayan (6:5) "Molde" adını Çempionlar Liqasında pley-offa yazdırıb. 

Son xəbərlər

Orphus sistemi