Fransa "Monako"su komanda üzvlərinin koronavirus analizlərinin nəticəsini açıqlayıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçuların birində infeksiya aşkarlanıb.
Adı açıqlanmayan oyunçunun dərhal karantinə alındığı və həkimlərin nəzarəti altında olduğu bildirilib.
Qeyd edək ki, daha əvvəl "Marsel"in yarımmüdafiəçisi Dmitri Payet və "Nitsa"nın 19 yaşlı müdafiəçisi Rayan Ait-Nuri koronavirusa yoluxub.