Fransa Birinci Liqasının 26-cı turunun matçında "Pari Sen-Jermen" (PSJ) "Monako" ilə qarşılaşıb.
“Report” xəbər verir ki, görüş Parisdəki "Park-de-Prens" stadionunda keçirilib və “Monako”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab 6-cı dəqiqədə açılıb - yarımmüdafiəçi Sofyan Diop fərqlənib. Matçın 51-ci dəqiqəsində müdafiəçi Gilyermo Maripan hesabı 2:0-a çatdırıb.
“Monako” 26 matçda 52 xal yığaraq Fransa Birinci Liqasının yarış cədvəlində 4-cü yer tutur. PSJ 54 xalla 3-cü yerdə qərarlaşıb. Çempionata “Lill” liderlik edir. Komandanın 58 xalı var.
“Monako” 2020-ci ilin dekabrından ardıcıl 11 matçdır uduzmur.