"Monako" rusiyalı futbolçunu ölkəsinə buraxmadı

"Monako" rusiyalı futbolçunu ölkəsinə buraxmadı O, Sloveniya ilə evdə oynayacağı matçda çıxış etməyəcək
Futbol
19 Mart , 2021 20:56
Monako rusiyalı futbolçunu ölkəsinə buraxmadı

Fransanın "Monako" komandasının futbolçusu Aleksandr Qolovin Rusiya millisinin Soçidəki təlim-məşq toplanışına qatıla bilməyəcək.

"Report" Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub 25 yaşlı yarımmüdafiəçinin ölkəsinə getməsinə icazə verməyib.

O, komandasının DÇ-2022-nin seçmə mərhələsində martın 27-də Sloveniya ilə evdə oynayacağı matçda çıxış etməyəcək.

Rusiya Avropa Birliyinə daxil olmadığından, Qolovin yığmanın düşərgəsindən qayıtdıqdan sonra 5 gün karantində qalmalı idi. Bunu nəzərə alan "Monako" rəhbərliyi onun Soçi toplanışında və ölkəsindəki oyunda iştirak etməməsini məqsədəuyğun sayıb.

Amma Qolovin Rusiya millisinin martın 24-də Malta və 30-da Slovakiya ilə səfər görüşlərində meydana çıxa biləcək.

Son xəbərlər

Orphus sistemi