Monteneqro Futbol İttifaqı Azərbaycanın notasına cavab verdi

Monteneqro Futbol İttifaqı Azərbaycanın notasına cavab verdi Monteneqro Futbol İttifaqı (FSCG) qapıçı Andriya Draqoyeviçin sosial şəbəkələrdə paylaşımı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin sərfirlik vasitəsi ilə ünvanlandığı notaya cavab verib.
Futbol
12 Oktyabr , 2020 17:23
Monteneqro Futbol İttifaqı Azərbaycanın notasına cavab verdi

Monteneqro Futbol İttifaqı (FSCG) qapıçı Andriya Draqoyeviçin sosial şəbəkələrdə paylaşımı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin sərfirlik vasitəsi ilə ünvanladığı notaya cavab verib.

"Report" FSCG-nin rəsmi saytına istinadən xəbər verir ki, açıqlamada Draqoyeviçin Ermənistanın "Alaşkert" klubunun qapıçısı olduğu və hazırda yığma üzvü sayılmadığı vurğulanıb.

Qeyd olunub ki, onun "Instagram"dakı paylaşımı millinin və assosiasiyanın Dağlıq Qarabağ regionundakı hazırkı vəziyyətlə bağlı mövqeyini əks etdirmir: "FSCG siyasi təşkilat deyil, öz fəaliyyəti ilə bizi hansısa məsələdə ayıran yox, ümumi dəyərləri irəli aparmağa çalışır. Bu anlamda qurumumuz ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinə mümkün qədər tez son qoyulacaq və regionda yenidən sülh bərqarar olacaq". 

Son xəbərlər

Orphus sistemi