Monteneqro millisinə yeni baş məşqçi təyin olundu

Monteneqro millisinə yeni baş məşqçi təyin olundu Futbol üzrə Monteneqro millisinin yeni baş məşqçisinin adı açıqlanıb.
Futbol
28 Dekabr , 2020 19:46
Monteneqro millisinə yeni baş məşqçi təyin olundu
Miodraq Raduloviç

Futbol üzrə Monteneqro millisinin yeni baş məşqçisinin adı açıqlanıb.

"Report" Monteneqro Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın sükanı arxasına Miodraq Raduloviç təyin olunub.

Yerli mütəxəssislə 1 illik müqavilə imzalanacaq. O, bu vəzifədə sözləşməsi başa çatan Faruk Hacibegiçi əvəzləyib. Raduloviç milli komandanın tarixində sayca 6-cı baş məşqçi olub.

Qeyd edək ki, Monteneqro UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alıb. İlk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan Canni De Byazinin başçılıq etdiyi komanda ikinci qarşılaşmada qolsuz heç-heçə edib. Qrupu zirvədə tamamlayan Monteneqro seçməsi pley-offa vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi