"Tottenhem"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının XXVIII turunun "Arsenal"la səfər matçının baş hakimi Maykl Oliverin idarəçiliyindən narazı qalıb.
"Report"un məlumatına görə, portuqaliyalı mütəxəssis 1:2 hesabı ilə uduzduqları London derbisindən sonra mətbuat konfransında 36 yaşlı referini üstüörtülü formada tənqid edib.
Mourinyo Oliverlə bağlı bunları deyib: "Hakimlər matçlardan sonra müsahibə vermirlər, elə deyilmi? Çox təəssüf".
Qeyd edək ki, təcrübəli referi matçın 76-cı dəqiqəsində "Tottenhem"in yarımmüdafiəçisi Erik Lamelaya ikinci vərəqəni göstərərək, onu meydandan qovub. Hazırda "Arsenal" 41 xalla 10-cu, "Tottenhem" isə 45 xalla 7-ci pillədə qərarlaşıb.