Futbol üzrə Moldova Milli Divizionunda 2020/2021 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.
"Report" xəbər verir ki, mövsümün rekordu çempionatın XXVIII turunun "Sperantsa" - "Şerif" matçına təsadüf edib.
Tiraspol təmsilçisi səfərdə rəqibinə 10 cavabsız qolla qalib gəlib. Qonaqların heyətində Lovro Bizyak het-trik, Nadrey Daqo isə dubl müəllifi olub. Digər qolları Frank Kastanyeda, Dmitris Kolovos, Adama Traore, Qustavo Dulanto və Piter Banda vurublar.
Hazırda "Şerif"in formasını geyinən "Zirə"nin sabiq hücumçusu Riçard Qadze 70-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 77-yə çatdıran "Şerif" liderliyini möhkəmlədib. "Sperantsa" isə 19 xalla 8-ci pillədə qərarlaşıb.