Murad Musayev: "Hər iki komandanın qələbə qazanmaq şansı var idi"

Murad Musayev: "Hər iki komandanın qələbə qazanmaq şansı var idi" "Meydanda gərgin mübarizə gedirdi, hər iki komandanın qələbə qazanmaq şansı var idi”.
Futbol
27 Fevral , 2022 19:34
Murad Musayev: Hər iki komandanın qələbə qazanmaq şansı var idi

"Meydanda gərgin mübarizə gedirdi, hər iki komandanın qələbə qazanmaq şansı var idi”.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis ardıcıl 3 matçda eyni ssenari ilə üzləşdikləri üçün təəssüfləndiyini bildirib: "Birinci hissəni yaxşı keçiririk, ikinci yarının əvvəlində rəqibin ilk hücumunda qol buraxırıq. Buraxdığımız toplar çox sadə, asan qollar olur. Yenidən oyuna dönə bilmədik. Yaxşı imkanlarımız oldu. Məyusedicidir ki, rəqibin yalnız bir təhlükəli anı oldu".

Rusiyalı baş məşqçi son üç görüşdəki məğlubiyyətin səbəbini də açıqlayıb: “Üç oyunda uduzmuşuq. Baş verənlərlə bağlı məmnun ola bilmərəm. Ona görə də, belə çıxır ki, istədiyim komandanı hələ formalaşdıra bilməmişəm. Bu görüşlərin ikinci hissəsində qol buraxaraq uduzmağımızın səbəbi yəqin ki, başımızdadır. Birinci hissəni yaxşı oynayıb, ikinci hissədə konsentrasiyanı itirmək müəyyən mənada başla bağlıdır. Bu problem bizi son üç görüşdə qələbədən məhrum edir”.

Musayev avrokuboka vəsiqə şanslarının az və tükənmək üzrə olduğunu vurğulayıb: "Hər oyunçu itkisi bizim üçün çətindir. Kristian Sebalyosun 4 aylıq sıradan çıxması, Xulio Sezar Rodrigesin, Xuan Kamaranın yoxluğu hücumda kəsərliliyimizin az olmasına səbəb olur. Zədəli futbolçularımızın növbəti turda da iştirakı çətin görünür”.

Son xəbərlər

Orphus sistemi