"Sabah"ın yeni baş məşqçisi: "Söz verməyi xoşlamıram"

"Sabah"ın yeni baş məşqçisi: "Söz verməyi xoşlamıram" "Oyun azarkeşlərin xoşuna gəldi. Açıq oyun getdi. Eyni zamanda bir sıra problemlər gördük. İkinci hissənin əvvəlində qırmızı vərəqə çıxışımızı pozdu. Nəticədə hesabı qoruya bilmədik".
Futbol
6 Noyabr , 2021 17:12
Sabahın yeni baş məşqçisi: Söz verməyi xoşlamıram

"Oyun azarkeşlərin xoşuna gəldi. Açıq oyun getdi. Eyni zamanda bir sıra problemlər gördük. İkinci hissənin əvvəlində qırmızı vərəqə çıxışımızı pozdu. Nəticədə hesabı qoruya bilmədik".

"Report"un məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Murad Musayev evdə "Zirə" ilə 3:3 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.

37 yaşlı mütəxəssisin sözlərinə görə, qırmızı vərəqədən sonra rəqib onları sıxırdı: "Topu saxlamaqda çətinlik çəkirdik. Əvvəlki komandalarım hücum futbolu oynayıb. Burada da buna çalışacağıq. Heyətimizdə ön xəttdə yaxşı futbolçular var. Yaxşı kombinasiyalar, yaxşı qollar gördük".

O bildirib ki, Azərbaycanın "Qarabağ" kimi qrupda oynayan komandası var: "Artıq qrupdan çıxmağı bacarıb. Sürət və kompaktlıq lazımdır. Hər bir komandanın öz üslubu var. Bugünkü rəqibimiz də maraqlıdır. Ümumilikdə bütün komandaların müsbət və mənfi cəhətləri var".

Rusiyalı baş məşqçi "Sabah"ın heyətində yaxşı futbolçular olduğunu söyləyib: "İşə yanaşmalarından razıyam. Milli komandalarla bağlı fasilə müddətində işləyə biləcəyik. Söz verməyi xoşlamıram. Əlimdən gələni edəcəyəm ki, yuxarı pillələrdə olaq və oyun keyfiyyətini yüksəldək".

Musayev deyib ki, hazırda azad agent statuslu futbolçu tapmaq çətindir: "Variant olsa, buna baxa bilərik. Həm də limitə uyğun olmalıdır. Hazırda elə bir variant yoxdur ki, ondan yararlanaq".

Baş məşqçi bura gələndə heç bir rusiyalı mütəxəssislə məsləhətləşmədiyini vurğulayıb: "İki həftə əvvəl burada olarkən, klubun hər şeyi ilə maraqlandım. Yuri Syomin yaxşı mütəxəssisdir. Amma heç kimlə məsləhətləşməmişəm".

Son xəbərlər

Orphus sistemi