İtaliyanın keçmiş baş naziri, dünyada ilk faşist diktaturasının qurucusu Benito Mussolininin nəticəsi Romano Mussolini “Latsio”nin gənclərdən ibarət futbol yığmasının oyunçusu olub.
Bu barədə "Report" “Sky Sport Italia”ya istinadən xəbər verir.
Bildirilir ki, Romano “qartallar”ın keçmiş hücumçusu Tommazo Rokkinin başçılıq etdiyi “U-18” komandasının şərəfini qoruyacaq.
Qeyd edək ki, Romano Mussolini məşhur siyasətçi Alessandra Mussolininin üçüncü övladıdır. O, 16 yaşına kimi digər paytaxt klubu olan “Roma”nın akademiyasında məşq edib.