Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyənin "Bursaspor" klubunda cari mövsümdə vurulan qollara ən çox töhfə vermiş ikinci oyunçudur.
"Report"un yerli mətbuata istinadən məlumatına görə, aktivində 3 məhsuldar ötürmə olan 26 yaşlı yarımmüdafiəçi yalnız Massimo Brunodan geri qalır.
Belçikalı vinger indiyədək 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la 2 illik müqavilə imzalayıb.